Supreme Agency — Bakı, 2019-cu ildən

Strategiyadan icraya qədər bütöv marketinq həlləri

Brend, məzmun, reklam və rəqəmsal — hamısı bir komandada və eyni strategiyaya işləyir. Nəticəni isə fərziyyə ilə yox, rəqəmlərlə göstəririk.

Aşağı

Daha aydın

Yaradıcılığı yüksəldir,
nəticəni ölçürük

ONtreeps sadəcə marketinq şirkəti deyil. Bir fikirlə başladıq: adi bizneslərdən yadda qalan brendlər yaratmaq. Bu gün də bütün işimizi həmin fikir idarə edir.

Fərqimiz bölünmüş işi bir yerə yığmağımızdadır. Strategiya, dizayn, məzmun, reklam və hesabatlıq eyni komandada olanda mesaj kanaldan-kanala dağılmır, büdcə isə boş yerə xərclənmir.

2019-cu ildən bəri banklardan tikinti və istehsalata, restoran və pərakəndədən dövlət layihələrinə qədər 100-dən çox şirkətlə işləmişik. Hər layihə brifdən yox, biznesin rəqəmlərindən başlayır.

Xidmətlərə bax →

İş prosesi

Dörd addım — təxminsiz

01

Kəşf və audit

Biznes hədəfləri, mövcud kanallar, rəqiblər və rəqəmlər. Nəyin işlədiyini nəyin yox — söhbətlə yox, data ilə müəyyən edirik.

02

Strategiya və plan

Mövqe, mesaj, kanal seçimi, büdcə bölgüsü və təqvim. Razılaşdırılmış KPI-larla bir sənəd.

03

İcra

Dizayn, produksiya, sayt, kampaniya və paylaşımlar. Hamısı daxili komanda ilə, tək əlaqə nöqtəsi üzərindən.

04

Ölçmə və artım

Həftəlik izləmə, aylıq hesabat, büdcənin nəticəyə görə yenidən bölünməsi və növbəti dövrün planı.

2 dəqiqə — pulsuz audit

Marketinqiniz neçə bal yığır?

On fərqli mini-audit — hər biri 2–3 dəqiqə. Sonda 100 ballıq skor, sahələr üzrə ayrıca qiymətləndirmə, təxmini itki hesabı və prioritet addımlar alırsınız. Hesabat e-poçtunuza gəlir, nəticəni dərhal WhatsApp-da da müzakirə edə bilərsiniz.

Auditi seçin

Təklif edirik

Bir damın altında 12 marketinq istiqaməti

Hər istiqamət ayrıca da işləyir, birlikdə də. Çoxu müştərimiz bir xidmətlə başlayır, nəticəni görəndən sonra planı genişləndirir.

Bazar analiziRəqib analiziStrategiyaBüdcə nəzarətiKomanda quruculuğuPerformans izləməData analitikasıHesabatlıqSatış dəstəyi

Marketinqin biznesə real təsir etməsini istəyən şirkətlər üçün. Strategiyanı araşdırma üzərində qururuq və rəqəmlərdən əl çəkmirik.

  • Strateji planlama — biznes hədəfləri, auditoriya və rəqabət mühiti nəzərə alınmaqla.
  • Bazar araşdırması — istehlakçı davranışı, sahə trendləri, rəqib fəaliyyəti.
  • Brend inkişafı — dəyər təklifi, mesajlaşma və kanallar üzrə ardıcıllıq.
  • Kampaniya idarəetməsi — ideyadan icraya qədər tam koordinasiya.
  • Performans analitikası — KPI-lar ölçülür və növbəti addıma çevrilir.
  • Təlim — daxili komandanız işi öz gücü ilə davam etdirə bilir.
Xidmət haqqında ətraflı →
Brend inkişafıBrendbukLoqoKataloqBroşürTəqdimatPromo məhsullar

Adı oxunmadan tanınan vizual kimlik — və onu hər yerdə eyni saxlayan sistem.

  • Brend strategiyası — məqsəd, dəyərlər və bazardakı mövqe.
  • Kimlik dizaynı — loqo, rəng, tipoqrafiya və onları bir arada saxlayan qaydalar.
  • Brend qaydaları — bütün kanallar və tərəfdaşlar üçün vahid mənbə.
  • Çap və rəqəmsal dizayn — broşür, plakat, banner, veb və sosial media makeları.
  • Qablaşdırma — rəfdə görünən və satan dizayn.
  • İllüstrasiya və ikonlar — hazır şablon yox, öz vizual diliniz.
Xidmət haqqında ətraflı →
SEOPPCGoogle AdsSosial reklamSMS marketinqE-mail marketinqKontent marketinqHədəfləmə

Bütün onlayn kanallar eyni ölçülə bilən nəticəyə işləyir, büdcə isə nəticə verənə axır.

  • SEO — məzmun, struktur və texniki iş nəticəsində sıralamanın qalxması.
  • Ödənişli reklam — axtarış, sosial və proqrammatik, dəqiq hədəfləmə ilə.
  • E-mail və SMS — müştərini geri qaytaran fərdiləşdirilmiş kampaniyalar.
  • Analitika — davranış və kampaniya datası növbəti qərarı formalaşdırır.
  • Mobil və video — insanların həqiqətən istifadə etdiyi formatlar.
Xidmət haqqında ətraflı →
StrategiyaPaylaşımEtkileşimİcma idarəetməsiVizual stil

Auditoriyanızın onsuz da olduğu platformalarda gündəlik mövcudluq — planlanmış, hazırlanmış və cavablandırılmış.

  • Strategiya və KPI — auditoriya, hədəf və uğurun ölçüsü.
  • Profil quruluşu — bütün hesablarda eyni brend görünüşü.
  • Kontent — hər platforma üçün ayrıca hazırlanır, kopyalanmır.
  • İcma — şərh, mesaj və müzakirələr sizin dilinizlə idarə olunur.
  • Ödənişli sosial — kampaniyalar, heşteqlər və istifadəçi məzmunu.
  • Dinləmə və hesabat — qeyd olunmalar, əhval və aylıq təhlil.
Xidmət haqqında ətraflı →
DizaynDevelopmentUX / UICMSDəstəkHostinqDomenE-poçt hesabları

Brendə oxşayan və real yüklənmə altında dayanan sayt və tətbiqlər.

  • Fərdi dizayn — ilk eskizdən mobil uyğun, sonradan yamaqlanmır.
  • Front və back-end — interfeys, server, baza və təhlükəsizlik.
  • E-ticarət — təhlükəsiz ödəniş, anbar, sifariş və müştəri hesabları.
  • CMS — WordPress və ya fərdi həll; komandanız developersiz redaktə edir.
  • Mobil tətbiqlər — iOS və Android üçün native və ya cross-platform.
  • API və test — inteqrasiyalar istifadəçidən əvvəl yoxlanır.
Xidmət haqqında ətraflı →
Kontent strategiyasıKopiraytinqBloqVideo istehsalıİnfoqrafika

Hekayənizi bütün kanallarda daşıyan mətn, vizual və video — təqvim üzrə, improvizasiyasız.

  • Strategiya — mövzular, əsas mesajlar və doğru kanallar.
  • Kopiraytinq — veb, kampaniya və uzun format, vahid brend səsi ilə.
  • Bloq və ekspert məzmunu — brendə nüfuz qazandıran yazılar.
  • Video və infoqrafika — mürəkkəb şeylər izlənilən formata çevrilir.
  • Lokalizasiya və SEO — hər bazarda işləyən və tapılan məzmun.
Xidmət haqqında ətraflı →
ÇəkilişMotionFoto montajVideo montajDron

Kreativ istiqamətdən son eksporta qədər istehsal — komanda və texnika bizdən.

  • Fotoqrafiya — portret, məhsul, tədbir və kampaniya çəkilişləri.
  • Videoqrafiya — promo, korporativ film, məhsul demoları, tədbir.
  • Kreativ istiqamət — üslub və hekayə kamera açılmamışdan razılaşdırılır.
  • Post-produksiya — montaj, rəng, səs, qrafika və titrlər.
  • Təhvil — hər platforma üçün ayrıca ölçüdə eksport.
Xidmət haqqında ətraflı →
PlanlamaİdarəetməTəşviqatKSM tədbirləriSərgilərKonfranslarKorporativ tədbirlər

Günü problemsiz keçən və ondan əvvəl-sonra doğru adamların gördüyü tədbirlər.

  • Plan və büdcə — hədəf, qonaq siyahısı, məkan, təchizatçı və xərc nəzarəti.
  • Dizayn və quraşdırma — məkanın planı, atmosfer və brendləşdirmə.
  • Yerində idarəetmə — quruluşdan bağlanışa qədər tək məsul komanda.
  • Təşviqat — çoxkanallı hazırlıq, qeydiyyat və biletləşdirmə.
  • Tədbirdən sonra — xülasə məzmunu, izləmə və dürüst qiymətləndirmə.
Xidmət haqqında ətraflı →
LayihələrKampaniyalarMedia planlamaMedia satınalmaKreativ istehsalA/B testRemarketinq

Kampaniya ideyası, onu doğru yerə çıxaran media planı və istehsalı ilə birlikdə.

  • Konsepsiya — brend mövqeyi üzərində qurulan vizual və mesaj.
  • Media planlama və alış — çap, rəqəmsal, TV, radio və açıq hava.
  • İstehsal — dizayner, kopirayter və çəkiliş qrupu bir dam altında.
  • Optimallaşdırma — A/B test, remarketinq və həftəlik ROI izləmə.
Xidmət haqqında ətraflı →
İnfluenser seçimiTərəfdaşlıqKampaniya idarəetməsiMikro və nanoAmbassador proqramları

Müştərilərinizin onsuz da inandığı insanlarla əməkdaşlıq — izləyici sayına görə yox, auditoriya uyğunluğuna görə.

  • Seçim — demoqrafiya, etkileşim faizi və məzmun uyğunluğu.
  • Əməkdaşlıq — aydın brend qaydaları daxilində kreativ sərbəstlik.
  • Ölçmə — əhatə, etkileşim, konversiya və ROI.
  • Uzunmüddətli — birdəfəlik post yox, ambassador proqramları.
  • Şəffaflıq — açıq əməkdaşlıq bildirişi və reputasiya monitorinqi.
Xidmət haqqında ətraflı →
TV və radioBirbaşa poçtÇapTipoqrafiyaPromo məhsullarAçıq və qapalı reklam

Oflayn kanallar hələ də rəqəmsalın çatmadığı auditoriyanı tapır — xüsusilə yerli bazarda.

  • Çap və yayım — qəzet, jurnal, TV və radio.
  • Açıq hava — bilbord, nəqliyyat, tabela və məkan seçimi.
  • Birbaşa marketinq — poçt, telemarketinq və fərdi müraciət.
  • Promo məhsullar — insanların saxladığı və istifadə etdiyi əşyalar.
  • Sərgilər — stend, materiallar və ətrafındakı networking.
Xidmət haqqında ətraflı →
Media əlaqələriPress-relizlərBöhran idarəetməsiEkspert mövqeyiKorporativ kommunikasiya

Reputasiya təsadüfən yox, məqsədlə idarə olunur — tələsik idarə etmək lazım gəlməmişdən əvvəl.

  • Media əlaqələri — jurnalist və redaktorlarla real münasibətlər.
  • Press-reliz və media kit — xəbər dəqiq işıqlandırılacaq formada.
  • Böhran kommunikasiyası — hazır plan və lazım olanda sürətli cavab.
  • Ekspert mövqeyi — müsahibə, məqalə və çıxış imkanları.
  • Monitorinq — işıqlandırma, qeyd olunmalar və əhval hesabatı.
Xidmət haqqında ətraflı →
100+Müştəri layihəsi
7+İllik təcrübə
12Xidmət istiqaməti
40+Aylıq icra olunan layihə

Birlikdə işlədiyimiz

Müştərilər və partnyorlar

Bank və maliyyə, telekom, tikinti, istehsalat, HoReCa, pərakəndə, media və dövlət layihələri — 2019-cu ildən bəri birlikdə işlədiyimiz şirkətlər.

Fasilə

Nişanı tut

30 saniyə, doqquz xana və bir nişan. Nə qədər tuta bilərsən?

Tez-tez verilən suallar

Başlamazdan əvvəl

Qısa söhbətdən sonra 2 iş günü ərzində plan və büdcə təklifi göndəririk. Razılaşma olan kimi iş başlayır — sosial media və reklam üçün adətən bir həftə, brend və sayt layihələri üçün isə hazırlıq mərhələsi 2–3 həftə çəkir.

Hər ikisi. Brend, sayt və produksiya birdəfəlik layihə kimi işləyir. Sosial media, reklam və kontent isə aylıq xidmətdir — orada nəticə ardıcıllıqdan gəlir. Çox müştəri layihə ilə başlayır, sonra aylıq dəstəyə keçir.

İki hissədən ibarətdir: xidmət haqqı və media büdcəsi (reklam xərci). Xidmət haqqı işin həcminə görə hesablanır, media büdcəsi isə tamamilə sizin nəzarətinizdədir və istənilən vaxt dəyişdirilə bilər. Hər ay harada nə qədər xərcləndiyini hesabatda görürsünüz.

Layihənin əvvəlində razılaşdırılan KPI-lar üzrə. Hər ay yazılı hesabat alırsınız: kanallar üzrə xərc, əldə olunan müraciətlərin sayı və dəyəri, kampaniya və məzmun nəticələri, növbəti ayın planı. Rüb sonunda isə strategiyanı həmin rəqəmlərə əsasən yenidən nəzərdən keçiririk.

Kanaldan asılıdır. Ödənişli reklam ilk həftələrdə rəqəm verir. Sosial media və kontent üçün 2–3 ay ardıcıl iş lazımdır. SEO və brend tanınması isə 4–6 aydan sonra hiss olunur. Real vədlər veririk — bir ayda sıçrayış vəd edən təklifə ehtiyatla yanaşın.

İki modelimiz var. Birincisi, komandanız strategiyanı aparır, biz isə icranı — dizayn, produksiya, reklam idarəetməsi. İkincisi, biz strategiya və hesabatlığı öz üzərimizə götürürük, komandanız gündəlik əməliyyatı aparır. Başlamazdan əvvəl kimin nəyə cavabdeh olduğunu yazılı təsbit edirik.

Aylıq xidmətlər üçün adətən 6 aylıq müqavilə bağlayırıq, çünki qısa müddətdə real nəticə çıxmır. Layihə işləri mərhələlərlə rəsmiləşdirilir. Bir aylıq xəbərdarlıqla dayandırma imkanı var və bütün materiallar — fayllar, hesab girişləri, reklam kabinetləri — hər zaman sizin mülkiyyətinizdə qalır.

Xeyr. Aylıq xidmət müqaviləsi bağlayan müştərilər üçün öz sahəsində eksklüzivlik təmin edirik — eyni bazarda birbaşa rəqibinizlə paralel işləmirik. Bu şərt müqaviləyə yazılır. Bütün kommersiya məlumatları isə konfidensiallıq razılaşması ilə qorunur.

Sizə. Loqo, brendbuk, dizayn faylları, foto və video materialları, sayt kodu — hamısı ödəniş tamamlandıqdan sonra tam olaraq sizin mülkiyyətinizə keçir. Mənbə faylları da təhvil verilir. Portfoliomuzda istifadə etmək üçün isə ayrıca razılığınızı soruşuruq.

Onlar öz-özünə qiymətləndirmə alətləridir: 2–3 dəqiqədə marketinqinizin hansı sahədə zəif olduğunu göstərir və e-poçtunuza hesabat göndərir. Cavablarınıza əsaslanır, ona görə tam auditi əvəz etmir — amma söhbətə haradan başlamaq lazım olduğunu dəqiq göstərir. Heç bir öhdəlik yaratmır.

Əlaqə

Gəlin birlikdə işləyək!

Qısa söhbətdən sonra 2 iş günü ərzində konkret plan və büdcə təklifi göndəririk. İlk konsultasiya ödənişsizdir.